ABC analizi paylanma idarəçiliyi boyunca inventara nəzarət üçün istifadə olunan analiz metodudur.  ABC Analizi zamanı inventar A,B və C olmaqla 3 kateqoriyaya bölünür. Bu bölgü isə inventarın dəyərinə uyğun olaraq aparılır. Yəni, A kateqoriyasında ən dəyərli inventarlar, B kateqoriyasında daha az dəyərə malik olanlar, C kateqoriyasında isə ən az dəyərə malik olan inventarlar qruplaşdırılır.  Ümumiyyətlə, inventara nəzarət sistemləri bizneslər üçün çox mühim rol oynayır. Bu, şirkətlə öz xərclərini nəzarət altında saxlamaqda kömək edir. ABC Analizi isə şirkətlərə ən dəyərli və daha az dəyərli məhsulları ayıraraq fokuslana bilmək üstünlüyü verir.  ABC Analizi Pareto Prinsipi əsasında aparılır. Pareto Prinsipinə görə, satışların 80%-i top 20% məhsul tərəfindən yaradılır. Bu prinsip həm də 80/20 qaydası olaraq da bilinir. ABC Analizi nəticəsində də siz bu prinsipə arxalanaraq şirkətinizə ən çox gəlir gətirən məhsulları çoxdan aza doğru sıralamış olursunuz.