Dünyanın dörd ən böyük mühasibat firması xarici audit, vergi xidmətləri, idarəetmə və iş məsləhətləri, risklərin qiymətləndirilməsi və nəzarəti daxil olmaqla bir neçə mühasibat və audit xidmətləri təqdim edir.
Onlar eyni zamanda dünyadakı mühasib və müfəttişlərə kütləvi məşğulluq və karyera inkişafı imkanları təklif edir.
Bu qrupun beynəlxalq səviyyədə tanınmış üzvlərinə aşağıdakılar daxildir:
- Deloitte Touche Tohmatsu Limited
Əsasən "Deloitte" kimi tanınan Tohmatsu şirkəti 1845-ci ildə William Deloitte tərəfindən qurulmuşdur. Bir sıra birləşmə və yenidənqurma strukturlaşmasına məruz qalmasına baxmayaraq şirkət keyfiyyət standartları və şirkət dəyərləri vasitəsilə öz adını qorumaqdadır. Hazırda dünyanın ən uğurlu markalarından biri hesab edilir.
2019-cu ildə 46,2 milyard dollar qazanmışdır və dünyanın 150-dən çox ölkəsində təxminən 312,000 işçiyə malik olmaqla dünya miqyasında müştərilərə audit, konsaltinq, maliyyə məsləhətləri, risklərin idarəedilməsi və vergi xidmətləri göstərir.
- PricewaterhouseCoopers (PwC)
2019-cu ildə 42,5 milyard dollar gəlir əldə etməklə PwC gəlir baxımından ikinci ən böyük mühasibat şirkəti hesab edilir. Dünyanın 158 ölkəsində 276.000-dən çox mütəxəssisə malikdir. Şirkət iki böyük mühasibat şirkəti olan Price Waterhouse və Coopers & Lybrand şirkətlərinin birləşməsi ilə qurulmuşdur. Şirkətlər 1998-ci ildə birləşməyə qərar verərək mükəmməl müştəri münasibətləri qurmuş və dəyərli xidmətlər göstərməkdə davam edirlər.
PwC şirkətləri dünyanın müxtəlif ölkələrində local şəkildə fəaliyyət göstərirlər. PwC yüksək zəmanət, məsləhət və vergi xidmətləri təklif edir.
- Ernst & Young (E&Y)
Ernst & Whinney şirkəti Arthur Young ilə birləşərək 1989-cu ildə Ernst & Young şirkətinin əsası qoyulmuşdur. Ernst & Young şirkəti 150 ölkədə üzv şirkətinə malik qlobal təşkilatdır. Burada peşəkar bacarıq və dürüstlük, hörmət, komanda işi, həvəs və motivasiya dəyərlərinə malik işçilər çalışır. Bunlar Ernst & Young şirkətinin əsas dəyərlərini təşkil edir.
Təşkilat həmçinin bilik və bacarıqların inkişafına dəyər verir və təqribən 284.000 işçiyə peşəkar təlim və karyera inkişafı proqramları vasitəsi ilə potensiallarını artırmağa imkan verir. Ernst & Young şirkəti zəmanət, məsləhət, vergi və ixtisas xidmətləri təklif edir. Ernst & Young şirkətinin 2019-cu il üçün ümumi gəliri 36,4 milyard dollar təşkil etmişdir.
- Klynveld Peat Marwick Goerdeler (KPMG)
KPMG - audit, vergi, məsləhət, xüsusi maraq və sahəyə aid xidmətlər təqdim edən qlobal mühasibat firmaları şəbəkəsidir. Dünyanın 154 ölkəsində keyfiyyətli xidmətin tmin ediilməsi məqsədilə təqribən 219.000 mütəxəssis çalışır. KPMG şirkətinin 2019-cu il üçün ümumi gəliri 29,8 milyard dollar təşkil etmişdir.
Təşkilatın əsası 1987-ci ildə Peat Marwick International və Klynveld Main Goerdeler (KMG) şirkətlərinin birləşməsi ilə qoyulmuşdur. Digər peşəkar xidmət təşkilatları kimi, KMPG şirkəti də insanlara və xidmət keyfiyyətinə böyük dəyər verir.
Bəzi tarixi faktlar
Böyük dördlük əvvəllər (1) Arthur Andersen, (2) Arthur Young & Co., (3) Coopers & Lybrand, (4) Ernst & Whinney, (5) Deloitte, Haskins & Sells, (6) KPMG, (7) Touche Ross və (8) Price Waterhouse şirktlərindən ibarət Böyük səkkizlik kimi tanınırdı.
Böyük dördlükdən başqa siyahını aşağıdakı şirkətlər davam etdirir:
150-dən çox ölkədə 80.000 işçisiyə malik və 2019-cu il üçün ümumi gəliri 9.6 milyard dollar olan 5-ci ən böyük mühasibat şirkəti BDO Global;
135 ölkədə 53.000-dən çox işçiyə malik 6-cı yerdə qərarlaşan Grant Thornton International şirkəti.