Ninepoint Partners LP-nin ortağı və baş portfel meneceri Eric Nuttall bildirib ki, neft qiymətləri 2023-cü ildə bir barel üçün 100 dollara qayıdacaq. Analitiklərin fikrincə, bu il neftin qiymətinin yüksəlişini dayandıran bir çox proseslər, Çinin sıfır Covid siyasəti və bir neçə hökumət tərəfindən koordinasiya edilmiş SPR relizləri 2023-cü ildə artıq olmayacaq. Rusiyanın neft və qazına tətbiq edilən sanksiyalarla birlikdə bu, neft qiymətlərini yüksəltməlidir. O, həmçinin neft və qaz ehtiyatlarına yüksək tələbat səbəbindən enerji sektorunun digər bazar sektorlarını üstələməkdə davam edəcəyini proqnozlaşdırıb.

Həmçinin, hazırda 80 dollarlar civarında ticarət edilən Brent neftinin qiymətlərinin 2023-cü ildə Çin neftinə tələbatın Covid-dən sonrakı bərpası və Rusiya tədarükünün gündə təxminən 1 milyon barel azalması ilə orta hesabla 100 dollar/barel olacağını proqnozlaşdırılıb.  İnvestisiya bankının məlumatına görə, OPEC+ neft qiymətlərini yüksəltmək məqsədi ilə sutkada 2 milyon barrel hasilatın azaldılmasını həyata keçirəcək.

Proqnoz, zəifləyən qlobal iqtisadiyyatın yanacağa olan tələbatı cilovlayacağına dair qorxular səbəbindən neft qiymətlərinin davamlı olaraq aşağı düşdüyü bir vaxtda verilib. Ötən ayın sonlarında Pekin, sərt Covid-19 qaydalarına, o cümlədən sınaq tələblərini və səyahət məhdudiyyətlərini asanlaşdıran ən köklü dəyişiklikləri açıqladı. Bundan əlavə, Covid-19-a yoluxmuş, lakin yüngül və ya heç bir simptomu olmayan insanların mərkəzdən idarə olunan müəssisələrdə sağalmaq əvəzinə evdə təcrid olunmasına icazə verilir.

Ümumilkdə isə, xam neft fyuçersləri il ərzində demək olar ki, bütün qazanclarından imtina edərək, səkkiz aydan çox müddətdə ən böyük həftəlik itkilərini göstərdi. Çünki əsas boru kəmərlərinin yenidən işə salınması, qlobal tənəzzüllə bağlı davam edən narahatlıqlar və Çindən zəif xam neft tələbi ilə birləşən tədarük narahatlığını azaldıb.