
2008-ci il böhranını proqnozlaşdıraraq mövqe tutması ilə tanınan məşhur ABŞ sərmayəçisi Michael Burry Twitter-dəki paylaşımı ilə bazardakı narahat atmosferə yeni töhfə verdi.
Scion Asset Management-in təsisçisi Burry twitter hesabında yazıb: "2008-ci ildə dediyim kimi bu, təyyarə qəzasına baxmaq kimidir. Ağrıyır, əyləncəli deyil və mən gülümsəmirəm".
Burry-nin nə demək istədiyi bəlli olmasa da, onun bazardakı narahat atmosferə töhfə verdiyi şərh edilib.
Burry-nin şərhi ABŞ-ın aprel ayı mənzillərlə bağlı məlumatlarından sonra gəldi.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə yeni ev satışları aprel ayında illik bazda yüzdə 16,6 azalaraq 591 minə düşüb.
Bu, 2020-ci ilin aprelindən bəri müşahidə edilən ən aşağı səviyyədir. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamaları 749 min olub.
Mart ayı məlumatları 763 mindən 709 minə revizə edildi.
Orta mənzil qiymətləri illik yüzdə 19,6 artaraq 450 min 600 dollarla rekord səviyyəyə çatdı. Rekord qiymətlər və kredit faizlərinin artması ev təsərrüfatlarının alıcılıq qabiliyyətini aşağı salır.
Yeni ev satışları ümumi bazarın təxminən 10 faizini təşkil edir.
Aprel ayında ikinci əl ev satışları da 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.