Esports təşkilatı və küçə geyimi brendi 100 Thieves, rəqəmsal ödəniş şirkəti Cash App ilə yüksək profilli sponsorluq müqaviləsini bitirdi. Bu barədə məsələdən xəbərdar olan bir neçə mənbə məlumat verib.

Bu tərəfdaşlıq geniş əhatəli idi və 2020-ci ilin yanvarında elan edildiyi vaxt "esport tarixindəki ən əhatəli sponsorluq müqaviləsi" kimi təqdim edildi. O, Los-Ancelesdə 15.000 kvadrat metrlik Cash App markalı kompleksin yaradılmasını, həmçinin 100 Thieves forması üzərində brendləşdirməni tələb edirdi.

Şirkətlər 2020-ci ilin dekabrında mürəkkəb tərəfdaşlıqla əlaqəli "brend nişanı" üçün Streamy mükafatını qazandılar. 2021-ci ilin aprelində isə cütlük kobrendli debet kartını istifadəyə verdi. Ofis, istehsal studiyası və espor təlimi obyekti kimi fəaliyyət göstərən birləşmə 2020-ci il ümumi seçkilərində Los-Anceles-də səsvermə məntəqəsi kimi də fəaliyyət göstərib.

Ümumi məsələ barədə isə 100 Thieves-in iki keçmiş işçisi bildirib ki, sövdələşmə bu ilin əvvəlində başa çatıb. Çünki 100 Thieves kriptovalyuta məkanında davamçı sponsor axtarırdı. Şirkətin sonradan titul sponsorunun olmaması, iyul ayında işdən çıxarmaq qərarına kömək etdiyi bildirildi. 

Nəzərə alaq ki, media və texnologiya qurumları gələcək aylar üçün gözləniləndən daha zəif reklam proqnozları ilə mübarizə apardıqları üçün bu il işçilərini kütləvi şəkildə ixtisar edir. Bu da şirkətə müəyyən dərəcədə təsri etmişdir. Belə ki, şirkət 20-dən çox  sosial media işçisini işdən çıxarıb. Buna səbəb olaraq isə o,  espor, istedad və marketinq bölmələrinin aşağı performans göstərdiyini söylədi, baxmayaraq ki, geyim biznesi yüksəlişdə idi.

Hazırda 100 Thieves brend olaraq beş illik yubileyini qeyd edir. Bu həftə geyim markası qarşıdan gələn "Project X" video oyunu ilə bağlı bir sıra şirkət yeniliklərini ictimaiyyətlə paylaşmağı planlaşdırır.